Xəbərlər
Foto
YAP Yasamal rayon təşkilatında "Müəllimlər Günü” keçirilib
Okt 05, 2022 | 09:10 / Konfranslar, iclaslar
Oxunub 2065 dəfə

YAP Yasamal rayon təşkilatında “5 Oktyabr Beynəlxalq Müəllimlər Günü” adlı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, elmlər doktoru Misir Mərdanov, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisinin deputatı Elman Nəsirov, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ərazi partiya təşkilatlarının sədr müavini, fəalları və Yasamal rayonunun müəllim kollektivi iştirak edib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “5 Oktyabr Beynəlxalq Müəllimlər Günü” bağalı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq ulu öndər Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” və “Təhsil millətin gələcəyidir!” dahi kəlamlarına istinad etdi.B.Nəbiyev qeyd etdi ki, müstəqil Azərbaycanın bu günkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin etmiş, gələcək inkişaf üçün güclü təməl yaratmışdır.Bu gün ümummilli lider Heydər Əliyevin yaratdığı möhkəm təməl Cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Tədbirdə məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov bildirdi ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının və inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Bu istiqamətdə də Cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyəti xalqımız tərəfindən təqdir edilir. Qeyd olundu ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlar həyata keçirilir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Bu istiqamətdə də Respublika üzrə müəllim kollektivi hər zaman diqqət və qayğı ilə əhatə olunmuşdur.

Çıxış edən Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisinin deputatı, professor Elman Nəsirov qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərfindən qoyulmuş və bu gün Cənab Prezident ilham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunan təhsilimizin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Son illər məhz təhsil sahəsində gedən inkişaf, təhsilin bütün sahələrində islahatların daha da genişlənməsi və təhsilimizin aparıcı qüvvəsi olan müəllim kontingentinə sərgilənən diqqət və qayğı bu sahədə olan inkişafın əhatəsinin geniş olmasından xəbər verir.

Sonra çıxış edənlər- YAP Yasamal “A.M.Şərifzadə küç.173” ərazi partiya təşkialtının sədri, 13 nömrəli məktəbin direktoru, əməkdar müəllim Yaqut Sadıqova və YAP Yasamal “M.Seyidov küç.27” ərazi partiya təşkialtının sədri, 21 saylı məktəbin direktoru Elza Bağırzadə elm,təhsilin inkişafında və müəllim kollektivinin dövlət qayğısı ilə əhatə olunmasında ulu öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdilər.

Tədbirin sonunda bir qrup müəllim heyətinə fəxri fərman və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

JURNALLAR
Faydalı linklər