Xəbərlər
Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında
Okt 03, 2022 | 09:56 / Mühüm hadisələr
Oxunub 962 dəfə

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Milli Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən işçilərinin say həddi 3510 ştat vahidi olaraq təsdiq edilsin.

3. “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1426; 2016, № 7, maddələr 1356, 1359; 2017, № 1, maddə 127; 2020, № 10, maddə 1263; 2021, № 9, maddə 1076) ləğv edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 30 sentyabr 2022-ci il

№ 374

science.gov.az

JURNALLAR
Faydalı linklər