Xəbərlər
Foto
Dissertasiya işinin şöbədə ilkin müzakirəsi keçirilmişdir
Sen 26, 2022 | 12:08 / Konfranslar, iclaslar
Oxunub 1710 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda doktorant Gülnar Alışanlı İlqar qızının 2303.01 – “Qeyri-üzvi kimya” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yaşıl kimyanın prinsipləri əsasında alunitin kompleks emalı” mövzusunda dissertasiya işinin şöbədə ilkin müzakirəsi keçirilmişdir. Əvvəlcə dissertasiya işi və onun nəticələri haqqında iddiaçı geniş məlumat vermiş, sonra isə dissertasiya işinə təyin olunmuş rəyçilər k.ü.e.d. Fəxrəddin Mahmudov və a.e.i., k.ü.f.d., dos. Faiq Məmmədov dissertasiya işi barəsində rəy, irad və təkliflərini bildirmişlər. İddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmış və geniş müzakirədən sonra dissertasiya işinin Kataliz və Qeyri – üzvi Kimya İnstitutunun ED 1.15 Dissertasiya Şurasının Elmi Seminarına təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edilmişdir. 

Elmi rəhbər:  k.ü.e.d., professor Arif Heydərov

İclasın sədri, k.ü.e.d. professor. Asif Məmmədov

JURNALLAR
Faydalı linklər