Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilib.
Sen 22, 2022 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 1743 dəfə

22.09.2022-ci il tarixində akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. Tədbirdə müdafiə şurasının 14 üzvündən 13-ü (əyani formada) iştirak etmişdir. İclasda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya və qeyri-üzvi maddələr texnologiyası” kafedrasının dissertantı Yusubova Səbinə Eldar qızının 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Fosfor-molibden heteropoliturşusunun iştirakı ilə izopropil spirtinin diizopropil efirinə çevrilməsi” mövzularında dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: Bakı Dövlət Universitetinin prof., k.e.d. Eldar Əhmədov; Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru., k.e.d. Sevinc Məmmədxanova; akademik M.Nağıyev adına KQÜKİ-nin k.ü.f.d. Bilqeyis İsmayılova iş haqqında geniş məlumat verdilər. Dissertasiya işinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçı Səbinə Yusubovanın elmi rəhbəri k.ü.f.d., dos. Elvira Hüseynova iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə Şuranın sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi. Belə ki, səsvermənin nəticələrinə əsasən, Səbinə Yusubovaya kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edildi.

JURNALLAR
Faydalı linklər