Xəbərlər
Saturnun peyki Enseladda həyat üçün münbit şərait mövcud ola bilər
Sen 23, 2022 | 10:04 / Maraqlı məlumatlar
Oxunub 853 dəfə

Yeni kompüter modelləşdirməsi onu göstərib kiSaturn planetinin peyklərindən biri olan Enseladda həyat üçün lazım olan şərtlər mövcud ola bilər. Əvvəlki missiyalar çərçivəsində NASA-nın Cassini adlı kosmik aparatı Enseledda həyat növünün mövcud olması ilə bağlı heç bir izə rast gəlməmişdi. Bunun müəyyən olunması üçün Cassini Enseladın səthindən çıxan nəhəng geyzerlərin arasından keçmişdi. Həmin geyzerlər peykin səthindən birbaşa kosmosa ifraz olunur. Lakin Çinin Elm və Texnologiyalar Universitetinin planetoloqu Jihua Hao-nun fikrincə Cassini tərəfindən yığılmış məlumatlarda bu məsələnin həlli gizlənmiş ola bilər. Məlumdur ki, hüceyrələrin qurulması üçün lazım olan vacib materiallardan biri də fosfordur. Fosfor isə öz növbəsində DNT-nin və ATF-in əsas hissəsi hesab edilir.

“Biz, Enselad səthinin alt hissəsində yerləşən suda fosforun mövcud olub-olmadığını hələ bilmirik. Lakin bizim apardığımız kompüter modelləşdirməsi bu məsələyə böyük optimizm qatır” - deyə tədqiqatın həmmüəllifi Christopher Glein qeyd edib.

Mütəxəssislər tərəfindən yaradılmış kompüter simulyasiyası onu göstərib ki, fosfor Enseladın suyuna planetin daş nüvəsindən düşür. Jihua Hao güman edir ki, su peykin məsaməli yerlərindən keçərək problemsiz şəkildə səthə geri qayıda bilər. Kompüter modelləşdirməsinə əsasən Enseladın daxilində olan okeanda fosfor miqdarının Yer kürəsindəki okeanlarda olan fosfor miqdarına çatması üçün sadəcə olaraq 100 000 il vaxt lazım olardı. “Bu dərəcədə fosfor miqdarı Enseladda həyat növünün dəstəklənməsi üçün kifayət edər” - deyə tədqiqat müəllifləri qeyd ediblər. Cassini missiyasının 5 il bundan öncə yekunlaşmasına baxmayaraq alimlər onun tərəfindən yığılmış məlumatları hələ də analiz edirlər. Jihua Hao-nun fikrincə əsas səhv ondadır ki, indiyənə kimi alimlər əldə edilmiş məlumatlarda yalnız ən çox yayılmış kimyəvi maddələrin axtarılması ilə məşğul olublar.

Fosforun Enseladda axtarış prosesi isə daha uzun çəkəcək. Fosfor kimi mikroelementləri aşkar edə biləcək analizlər davam edir. Lakin Jihua Hao-nun kompüter modelləşdirməsi alimlərə nəyi və harda axtarmaq lazım olduğu barəsində vacib ipucular verə bilər. Ümumiyyətlə fosfor planetlərdə və peyklərdə fərdi şəkildə çox nadir hallarda əmələ gəlir. Çox zaman o, oksigen molekulları ilə əlaqələndirilir və bu halda fosfat əmələ gəlir. Enseladda fosfor birləşmələri ilə digər elementlərin aşkar edilməsi Saturnun peykində həyat üçün münbit şəraitin olduğu ilə yanaşı orda potensial həyat növünün artıq inkişaf mərhələsində olduğuna işarə edə bilər. Lakin həyatın inkişaf etməsi üçün təkcə fosfor bəs etmir. Bu siyahıya həmçinin maye şəklində sukarbonhidrogenazotkükürd və s. elementlər daxildir.

JURNALLAR
Faydalı linklər