Xəbərlər
Alimlər polietileni ucuzlaşdırmaq üçün yeni üsul təklif ediblər
Sen 22, 2022 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 764 dəfə

Rusiya alimləri bir çox məhsulların qablaşdırılması üçün əsas olan polietilenin yaradılması üçün lazım olan metal-karbon katalizatorlarının sintezi üçün yeni üsul təklif ediblər.

Yeni üsul katalizatorların işləmə vaxtını  uzadır  və nəticədə  polietilen istehsalını ucuzlaşır. Texnologiya ondan ibarətdir ki, metal nanohissəciklər daşıyıcıya “batırılır”(daxil edilir) və ona görə də, nəticədə yaranan sistemlər bir neçə dövr  işləyə bilir.

Bu konstruksiyanı almaq  üçün alimlər kalsium karbidi  (kalsiumun karbonla birləşməsini) müxtəlif metal duzları ilə qarışdırıb, xlor axınında qızdırırlar. Belə təsir zamanı metal duzları təmiz metallara qədər reduksiya olunur, kalsium karbid isə yüksək təmizlikdə olan karbona qədər parçalanır. Bu metod haqqında Sankt-Peterburq Dövlət Universitetinin , N.D. Zelinskiy adına Üzvi Kimya İnstitutunun,  REA SB   Yeni Kimya Texnologiyaları Mərkəzinin alimləri  məlumat verdilər .

Nəzərə alsaq ki, polietilen ildə milyonlarla ton istehsal olunur.Onda  yeni səmərəli katalitik sistemlər milyonlarla dollara qənaət edər və mövcud zavodların səmərəliliyini və ətraf mühitə uyğunluğunu yaxşılaşdıra bilər.

https://iz.ru/1324477/2022-04-22/uchenye-predlozhili-novyi-metod-sdelat-polietilen-deshevle

JURNALLAR
Faydalı linklər