Xəbərlər
Qida və kənd təsərrüfatı
Sen 13, 2022 | 10:57 / Maraqlı məlumatlar
Oxunub 894 dəfə

Kompleks texnologiyalar müasir qida istehsalında önəmli rol oynayır. Torpaqşünaslıqdan qida analizinə və təhlükəsizlik testindən tutmuş qida qablaşdırılmasına və saxlanılmasına qədər olan kimyəvi proseslər olduqca genişdir və çox zaman buna kifayət qədər önəm verilmir. Məsələn, soyuducu olmasaydı, qidaların paylanması məhdud olardı və onların saxlanılması daha qısa ömürlü olardı. İlk soyutma sistemləri 1874-cü ildə hazırlanmışdır. Bu soyutma sistemlərində dimetil efirlərindən istifadə edildi, lakin qısa zamanda bu gün sənaye soyuducularında hələ də istifadə olunan ammonyak əsaslı sistemlər tətbiq edildi.
Ammonyak gübrə istehsalında geniş istifadə edildiyindən qida sənayesi üçün kimyəvi yenilik idi. Həqiqətən də dünyada 1% enerjinin ammonyak istehsalına sərf olunduğu təxmin edilir. Əhalinin artması, iqlim dəyişikliyi və su çatışmazlığı kimi bir çox səbəblər qida istehsal sistemlərinin məhsuldarlığının artırılmasını zəruri etdi. İlk dəfə 1909-cu ildə yüksək temperatur və təzyiqdə atmosfer azotunun (N2) hidrogen (H2) ilə reaksiyasından ammonyakın (NH3) səmərəli və geniş miqyaslı istehsalı mümkün oldu. Bunun nəticəsində gübrə istehsalı asanlaşaraq kənd təsərrüfatı məhsuldarlığının dörd dəfə artmasına səbəb oldu. Pestisidlərin və herbisidlərin kəşfi isə məhsuldarlığı daha da artırdı. Günümüzdə qlobal kənd təsərrüfatı məhsuldarlığının 40-60%-i süni gübrələrə əsaslanmaqdadır.
Dünya əhalisini təmiz su ehtiyatı ilə təmin etmək üçün yenə kimya sahəsi köməyə çatmaqdadır. Təkrar emal su ehtiyatını gələcək üçün qorumağa kömək edən zəruri amillərdəndir. Avstraliyada son on ildə görülən quraqlıqlar su istifadəsini azaltmağa, su anbarlarına olan etibarımızı yenidən nəzərdən keçirməyə və alternativ su mənbələri haqqında düşünməyə məcbur etdi. Kimya mühəndisliyində bu inkişaf olmasaydı Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Liviya da daxil olmaqla mövcud əhalini su ilə təmin etmək üçün yetərli suya malik olmazlardı. Ətraf mühitdəki qeyri-müəyyənliklərin həllində kimya mühüm rol oynayaraq resursların daha səmərəli idarə edilməsinin vacib olduğunu göstərməkdədir.

JURNALLAR
Faydalı linklər