Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutun magistraturasına qəbul olunmuş yeni magistrantlarla görüş keçirildi
Sen 07, 2022 | 15:13 / Görüşlər
Oxunub 1517 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru Akademik Dilqəm Tağıyev carı ildə İnstitutun magistraturasına qəbul olunmuş magistrantlarla görüş keçirdi. İlk öncə onları magistraturaya qəbul olduqları münasibətilə təbrik edib, onlara tədris ilində müvəffəqiyyətlər arzuladı. O bildirdi ki, İnstitutda magistrlərin təhsil alması və elmi-tədqiqat işləri ilə məşğul olmaları üçün hər cür şərait yaradılmışdır. Akademik magistrlərə bu imkandan maksimum faydalanmalarınızı tövsiyə etdi. Eyni zamanda akademik qeyd etdi ki, magistrlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə hər biriniz 0,5 ştatla işə qəbul olunacaqsınız.

Qeyd edək ki, 2022-ci ildə İnstitutun magistraturasına 3 ixtisaslaşma üzrə 10 bakalavr qəbul olub. 

JURNALLAR
Faydalı linklər