Xəbərlər
İnstitutumuzun gənc əməkdaşı mükafatlandırıldı
Avg 30, 2022 | 10:32 / Görüşlər
Oxunub 1252 dəfə

18-25 avqust 2022-ci il tarixində Qusar Olimpiya İdman Kompleksində AR Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Gənc mühəndislərin yay düşərgəsi keçirilmişdir.
Gənclərin yay düşərgəsində İnstitutun elmi işçisi, doktorant Gülnar Alışanlı da iştirak etmişdir. G.Alişanlı düşərgə proqramına uyğun baş tutan təlim, seminar, mühazirə və s. öyrədici məşğələlərlə yanaşı bir sıra idman yarışlarına (dama, şahmat, stolüstü tenis və s.) da qatılmışdır.
Əməkdaşımız Breyn-rinq intellektual yarışında komanda oyununda qalib gələrək mükafatlandırılmış, həmçinin, düşərgədə aktiv iştirakına görə ona Gənclər və İdman Nazirliyi tərəfindən sertifikat təqdim edilmişdir.

JURNALLAR
Faydalı linklər