Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitunun elmi işçisi Gənc alimlərin yay düşərgəsində məruzə ilə çıxış etmişdir.
Avg 16, 2022 | 12:00 / Görüşlər
Oxunub 4280 dəfə

6-11 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində gənc alimlərin yay düşərgəsi keçirilib.  

Gənc alimlərin yay düşərgəsində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi, doktorantı Günel Əzimova da iştirak etmişdir. Günel Əzimova rəsmi bağlanış mərasimində Lənkəran Regional Elmi mərkəzinin 44 günlük Vətən müharibəsində şəhid olmuş işçisi Bağırzadə Mahsun Zahir oğlu haqqında məruzə ilə çıxış etmişdir. O, şəhidin həyat və yaradıcılığından, həmçinin necə vətənpərvər və vicdanlı biri olması haqqında auditoriyaya məlumat vermiş və dinləyicilərin marağına səbəb olmuşdur. 

Əməkdaşımız eyni zamanda gənclər arasında keçirilən dama oyunlarında aktiv iştirak edərək II yer tutmuş, fəal iştirakına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sertifikatına layiq görülmüşdür. 

Gənc alimimizə gələcək fəaliyyətində uğurlar arzulayırıq!

JURNALLAR
Faydalı linklər