Xəbərlər
Foto
İranın Mustafa Elm və Texnologiya Fondu tərəfindən “Mustafa Mükafatı” 2023-cü il üzrə namizədlərin qəbulunu elan edir.
İyl 20, 2022 | 13:51 / Konfranslar, iclaslar
Oxunub 5875 dəfə
Hörmətli həmkarlar                                                                                                     

İranın Mustafa Elm və Texnologiya Fondu tərəfindən elm, texnologiya və kəşflərə görə tədqiqatçı və alimlərə təqdim edilən “Mustafa Mükafatı” 2023-cü il üzrə namizədlərin qəbulunun elan edildiyi bildirilir.

Mükafat elmi sahədə əhəmiyyətli kəşflərə və tərtib edilən yeni elmi metodlara əsasən təqdim edilir.

Namizədlər cari ilin 31 avqust tarixinədək http://mustafaprize.org/nomination/ keçidi vasitəsilə təqdim oluna bilər.

Qeyd: Namizədlər özlərini təqdim edə bilməz.

Namizədlər aşağıda qeyd olunan institutlar tərəfindən təqdim edilə bilərlər:

- Elmi Mərkəz və Universitetlər;

- Elm və Texnologiya Assosiasiyaları;

- Təşkilata üzv ölkələrin Elmi Akademiyaları;

- Elm və Texnologiya Parkları. 

Məktubu və keçidi diqqətinizə diqqətinizə təqdim edir, nəzərdən keçirməyinizi və namizədlər olduğu təqdirdə, namizəd(lər)in təqdim edilməsini, eləcə də AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə məlumat verməyiniz xahiş olunur. 

http://mustafaprize.org/nomination/

JURNALLAR
Faydalı linklər