Xəbərlər
AMEA-da magistratura təhsili üzrə yay imtahan sessiyası başlanıb
İyn 03, 2016 | 12:04 / Mühüm hadisələr
Oxunub 5414 dəfə

AMEA-nın magistraturasında təhsil alan magistrlərin yay imtahan sessiyası başlanıb.

Məlum olduğu kimi, 2015-2016-cı tədris ilində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna “molekulyar biologiya” ixtisası üzrə 4 magistr qəbul olub. İyunun 2-də institutda “Bioloji makromolekulların daşınmasının molekulyar mexanizmləri” ixtisas kursundan ilk imtahan keçirilib. Kurs bu elmi müəssisənin rəhbəri, akademik İradə Hüseynova tərəfindən tədris edilib.

Magistrlər 2 saat ərzində fənnin suallarını dəqiq və ətraflı cavablandıraraq, yüksək bala layiq görülüblər.  

www.science.gov.az 

 

JURNALLAR
Faydalı linklər