Xəbərlər
“Profitable Month 2” adlı layihə keçiriləcək
İyl 18, 2022 | 13:31 /
Oxunub 3640 dəfə

"Miqrasiya Könüllüsü" İctimai Birliyinin (Miqrasiya Könüllüsü İctimai Birliyi) təşkilatçılığı ilə "Profitable Month 2" adlı layihə keçiriləcək.

AZƏRTAC Azərbaycan Könüllü Təşkilatları İttifaqının saytına istinadla xəbər verir ki, layihənin həyata keçirilməsinin əsas məqsədi təlimçilik sahəsinə xüsusi marağı olan gənclərə, eyni zamanda həm təlimçi olmağı, həm də seçdikləri sahə üzrə mütəxəssis olmağı öyrətməkdir.

Qeyd olunub ki, dörd istiqamətdə - ictimaiyyətlə əlaqələr (PR), üzvlərlə iş və təşkilati məsələlər (HR), beynəlxalq əlaqələr (BM) və layihələrin idarə olunması (PM) üzrə reallaşacaq təlimlər, peşəkar təlimçilər və mütəxəssislər tərəfindən keçiriləcək.

Gənclərdə təcrübə formalaşdırmağı hədəfləyən layihənin sonunda aktiv iştirakçılar dərəcəli sertifikatlarla təltif olunacaqlar.

Keçiriləcək layihədə iştirak hüququ qazanmaq üçün https://forms.gle/bbe6zSSdFKX2Cu1C6 linkdən qeydiyyatdan keçmək lazımdır.

Layihə üçün son qeydiyyat tarixi iyulun 2-dir.

JURNALLAR
Faydalı linklər