Xəbərlər
Rusiya kimyaçıları radiasiya detektorları üçün perspektivli material əldə ediblər.
İyl 04, 2022 | 13:56 / Maraqlı məlumatlar
Oxunub 975 dəfə

REA-nın N.S. Kurnakov adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun , A.M. Proxorov adına Ümumi Fizika İnstitutunun və Kanada  alimlərindən ibarət olan qrup prazeodium ionları (Pr3+) ilə legirlənmış toz halında vismut ortogermanat əldə edərək onu  tədqiq ediblər. Alınan material radiasiya sensorlarının yaradılması üçün perspektivlidir.

Bu günə qədər bütün dünyada əhalinin tibbi müayinələr zamanı  kollektiv surətdə şüalanma dozasında artım olduğu qeydə alınıb. COVID-19 pandemiyası ilə əlaqədar olaraq, koronavirus infeksiyası və onun nəticələrini aşkar etmək üçün ağciyərlərin kütləvi (çox vaxt çoxsaylı) kompüter tomoqrafiyası aparılmışdır. Xəstələrin radiasiyaya məruz qalmasının azaldılması ən aktual məsələlərdən biridir. Bu problemi isə qısa işıqlandırma müddəti olan yeni növ sintilyatorlardan istifadə etməklə həll etmək olar. Bu isə  yüksək görüntü keyfiyyətini saxlamaqla xəstələrə təsir edən radiasiya dozasını 30% azaltmağa imkan verir. Aşağı ətalət sintillyatorların əsas xüsusiyyətlərindən biri  olub, detektorların həssaslığını və sürətini müəyyən edir.

Vismut ortogermanat monokristalları nüvə fizikası, astrofizika və tomoqrafiyada yüksək enerjili radiasiya detektorları üçün sintilasiya materialı kimi istifadə olunur. REA Ümumi və  Qeyri-üzvi Kimya İnstitutunda  ​​bu cür detektorların istehsalı üçün materialların optimallaşdırılması üzrə fəal tədqiqatlar aparılır.

Alimlər müəyyən etdilər ki, praseodimium ionları ilə legirləmə mono kristallik legirləşməmiş analoqu ilə  müqayisədə flüoresensin  yaşama müddətinin xeyri dərəcədə azalmasına səbəb olur. Belə  təsir bu materialda elektron həyəcan enerjisinin ötürülməsinin xüsusiyyətləri ilə bağlıdır.

Əldə edilən material işıqlanmanın qısa müddətini  vismut ortogermanatın ənənəvi üstünlükləri ilə əlaqələndirir: mexaniki və radiasiyaya davamlılığı, hiqroskopik  olmaması və s. Bundan əlavə, tozvari sintilyator əsasında keramika yaradılması monokristalların yetişdirilməsi ilə müqayisədə texnoloji cəhətdən daha sadə prosesdir və öz növbəsində detektorların qiymətini azaldır.

İşin nəticələri Optical materials jurnalında dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/rossiiskie-khimiki-poluchili-perspektivnyi-material-dlya-detektorov-radiacii-07-06-2022.htm

JURNALLAR
Faydalı linklər