Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantların yay imtahan sessiyası yekunlaşdı.
İyl 01, 2022 | 14:42 / Təhsil
Oxunub 2896 dəfə

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantların 2021/2022-ci tədris ili üzrə yay imtahan sessiyası uğurla başa çatmışdır. 

Magistrlar son olaraq “Qeyri üzvi kimya” ixtisaslaşması üzrə “Qeyri-üzvi funksional nanomateriallar” fənnindən (müəllim AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı), “Kompozisiya materialları kimyası” ixtisaslaşması üzrə “Kompozit materiallar” fənnindən (müəllim k.ü.f.d.,dos. Ülviyyə Məmmədova) və “Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə “Homogen və heterogen kataliz” fənnindən (müəllim k.e.d.,prof. Arif Əfəndi) imtahanları müvəffəqiyyətlə verdilər.

JURNALLAR
Faydalı linklər