Xəbərlər
Foto
KİMYA ELMLƏRİ ÜZRƏ PROBLEM ŞURASININ növbəti iclası keçirilmişdir.
İyn 30, 2022 | 15:26 / Konfranslar, iclaslar
Oxunub 2923 dəfə

İyunun 30-da akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verdi. O cümlədən, təklif etdi ki, dissertantura və ya doktoranturaya doktorant yeni qəbul olmuş tədqiqatçıların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların addlarını yazarkən azərbaycan dilinin qrammatikasına riayət etməyi məsləhət gördü.
İclasda 2314.01- Neft kimyası, 2318.01- Kompozit materialların kimyası və texnologiyası, 2306.01 – Üzvi kimya, 3321.01 – Neft-qaz, daş kömür emalı və texnologiyası, 3349.01- Qaz emalı proseslərinin kimyası və texnologiyası, 3303.01- Kimya texnologiyası və mühəndisliyi ixtisasları üzrə 8 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda təqdim edilən 6 dissertasiya mövzusu redaktə olunaraq, 2 dissertasiya mövzusu isə təqdim edildiyi adla Kimya elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi.

JURNALLAR
Faydalı linklər