Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
İyn 29, 2022 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 3846 dəfə

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda müəssisənin sabiq doktorantı Qurbanova Ülviyyə Maqsud qızının 2308.01 – “Elektrokimya” və 2316.01 “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Suyun elektrolizi üçün Ni – Mo əsaslı aktiv elektrokatalitik sistemlərin sintezi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Əvvəlcə dissertasiya işi və onun nəticələri haqqında iddiaçı geniş məlumat verdi. Sonra dissertasiya işinə təyin olunmuş rəyçilər k.e.d., dos. İltifat Urşan oğlu Lətifov və k.ü.f.d. Elmir Məqsəd oğlu Babayev dissertasiya işi barəsində rəy, irad və təkliflərini bildiriblər. İddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmış və geniş müzakirədən sonra dissertasiya işinin AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri – üzvi Kimya İnstitutunun ED 1.15 Dissertasiya Şurasının Elmi Seminarına təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edilmişdir. 

Elmi rəhbərlər: akademik Dilqəm Bəbir oğlu Tağıyev və k.e.d., professor Akif Şıxan oğlu Əliyev.

JURNALLAR
Faydalı linklər