Xəbərlər
Foto
Kataliz və Qeyri -üzvi Kimya İnstitutunun gənc alimləri AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Silahlı Qüvvələr Günü ilə bağlı keçirdiyi tədbirdə iştirak ediblər
İyn 28, 2022 | 10:32 / Konfranslar, iclaslar
Oxunub 1889 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatı 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP AMEA Rəyasət Heyəti Aparatının Ərazi təşkilatının sədri texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yol qısa şəkildə nəzər salıb, 44 Günlük Vətən Müharibəsində qazanılan şanlı qələbədən danışıb. Daha sonra çıxış üçün söz AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevə verilib. Natiq öz çıxışında Azərbaycan Silahlı Qüvvəllərinin peşəkar hazırlığından və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin ordumuza olan diqqət və qayğısından danışıb. Elmir Babayev bu gün Azərbaycan gənclərinin böyük fəxr və iftixarla ordu sıralarına yazıldıqlarını, Vətənə xidmətlə şərəf duyduqlarını xüsusi vurğulayıb. YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev öz çıxışında Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycan ordusunun əsgər və zabit heyətinə Vətənə xidmətlərində uğurlar arzulayıb.

Sonra tədbir məruzələrlə davam etdirilib. AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Günel Əzimova “Zəfər Salnaməsinin memarları”, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibi Aysən Fərəcova “Azərbaycanın ordu quruculuğu” mövzusunda məruzələri maraqla dinlənilib.

Tədbirdən sonra gənc alimlər birinci Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını, daha sonra ikinci Fəxri xiyabanı ziyarət edərək Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarına ehtiram əlaməti olaraq gül dəstələri qoydular. 

JURNALLAR
Faydalı linklər