Xəbərlər
Foto
Elmi Şuranın iclası keçirilmişdir
Yan 06, 2017 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 7667 dəfə

Bu gün AMEA Kataliz və Qeyti-üzvi Kimya  İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.İclası AMEA-nın  vitse-prezidenti vəzifəsini icra edən, Kimya Elmləri Bölməsinin akademik katibi, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev acdı. Akademik qeyd etdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilərin keçirilməsi ilə bağlı elan vermişdir. Vakant yerlərdən 1 həqiqi və 1 müxbir üzv institutun profilinə uyğun olaraq “Kimyəvi kinetika və kataliz “ ixtisası üzrədir. Bununla əlaqədar olaraq qeyd olunan ixtisas üzrə həqiqi və müxbir üzvliyə iddiaçı  olanların sənədləri  Elmi Şuraya daxil olmuşdur. Sonra akademik Dilqəm Tağıyev iddiaçılar haqqında elmi şuranın üzvlərinə məlumat verdi. Daha sonra gizli səsvermə yolu ilə AMEA-nın müxbir üzvi Əjdər Məcidovun AMEA-nın həqiqi üzvliyinə, professorlar Arif Əfəndi, Eldar Zeynalov, Vaqif Əhmədov və Nizami Zeynalovun AMEA-nın müxbir üzvliyinə namizədliklərinin  irəli sürülməsi haqqında qərar qəbul olundu.

JURNALLAR
Faydalı linklər