Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
İyn 23, 2022 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2201 dəfə

23.06.2022-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dissertantı Mehriban Rahil qızı Mikayılovanın Ruteniumun makromolekulyar liqandlı kompleks birləşmələrinin sintezi və xassələrimövzusunda 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işininin müzakirəsi olmuşdur. Doktorantın elmi rəhbəri k.e.d., prof. Minirə Ağahüseynovadır.  

Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər