Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitunun Elmi Şurasının iclası keçirilmişdir
İyn 21, 2022 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2057 dəfə

21 iyun 2022-ci il tarixində Kataliz və Qeyri – üzvi Kimya Institutunda Elmi Şuranın iclası  keçirilmişdir. İclasın gündəliyinə Institutun 2022-ci ilin birinci yarım ilində elim-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələrin müzakirəsi, müsabiqə məsələləri daxil edilmişdir.

İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, iqtisadi tutumlu perspektivli innovativ elmi –tədqiqat işlərinin  genişləndirilməsi və səmərəliliyinin artırılması əsas hədəflərimizdən biridir. Bu məqsədə çatmaq üçün gənclərin potensialındanda düzgün istifadə edilməlidir. AMEA-nın 2020-2025-ci illər üçün işlənilib hazırlanan inkişaf konsepsiyasında öz əksini tapan prioritetlərə görə institut alimlərinin qarşısında  kimyəvi məhsulların istehsalı üçün elm tutumlu yeni texnologiyaların yaradılması, yüksək texnologiyalar üçün yeni və unikal xassələrə malik topoloji izolyatorların, enerji çeviricilərinin, nanoboruların və nanokatalizatorların alınması, bioaktiv polimerlərin və nanogellərin sintezi kimi mühüm işlər durur. Fundamental tədqiqatlarla yanaşı, təqbiqi xarakterli elmi-tədqiqat işləri də əsas prioritet olmalıdır. Bu baxımdan elmi- tədqiqat işlərinin mövzularının düzgün seçilməsi, yəni səmərəliliyi artırılmalı, ölkə iqtisadiyyatına xeyir verə biləcək işlərə üstünlük verilməsi vacibdir. Eyni zamanda bəzi istiqamətlər üzrə aparılan tədqiqat işləri dəyişdirilməli, qlobal elmi çağırışlara, respublika iqtisadiyyatının tələbatına  uyğun olan yeni istiqamətlər müəyyənləşdirilməli və tədqiqatlar aparılmalıdır.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar alındı.

JURNALLAR
Faydalı linklər