Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan II kurs magistrların dissertasiya işlərinin əsas müdafiəsi keçirildi.
İyn 22, 2022 | 13:52 / Konfranslar, iclaslar
Oxunub 2253 dəfə

“Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Fiziki-kimya” və “Yüksək­molekul­lu birləşmələr kimyası” ixtisaslaşmaları üzrə təhsil alan II kurs magistr­ların dissertasiya işlərinin əsas müdafiəsi 22 iyun 2022-ci il tarix­də saat 1100-da keçirildi.

AMEA Prezidentinin 02.06.2022-ci il tarixli 186 № li sərənca­mına əsasən 2021/2022-ci tədris ilində  “Qeyri-üzvi kimya”, “Fiziki-kimya”, “Kimyəvi kinetika və kataliz” və “Yüksəkmolekullu birləş­mələr kimyası” ixtisaslaşmaları üzrə təhsilini başa vuran magistrantların magistrlik dissertasiyalarının müdafiəsinin keçirilməsi məqsədilə təşkil edilmiş İxtisas­laşdırılmış Elmi Şurada

  • Ağayeva Aytən Əliağa qızı k.ü.f.d.,dos. Samirə İmaməliyevanın rəhbərliyi ilə “Sn-Sb-Te sistemində topoloji izolyator xassəli fazaların EHQ üsulu ilə termodinamik tədqiqi” mövzusu  üzrə;
  • Həsənova Vüsalə Ağamusa qızı k.e.d.,prof. İxtiyar Bəxtiyarlının rəhbərliyi ilə “Tərkibində maqnit ionu saxlayan Ag və ln sulfidləri əsasında yeni fotohəssas kompozitlərin sintezi və xassələri” mövzusu  üzrə;
  • Əliyeva Nəzakət Aqil qızı AMEA-nın müxbir üzvü Eldar Zeynalovun rəhbərliyi ilə “Yod tərkibli, cox divarlı karbon nanoboruları saxlayan poliolefin  kompozisiyaların  termooksidləşdirici destruksiyasının və stabilləşdirilməsinin kinetikası” mövzusu üzrə;
  • Quliyeva Atiə Xaliq qızı k.ü.f.d.,dos.Sima Zülfüqarovanın rəhbərliyi ilə “Co, Cu, Mn oksid katalizatorlarının zol-gel-yanma metodu ilə alınması və karbon monooksi­din oksidləşmə reaksiyasında tədqiqi” mövzusu üzrə;
  • Mustafayeva Afət Nəbi qızı k.e.d.,prof. Asif Məmmədovun rəhbərliyi ilə “Termodinamikistabillik funksiyasının asimmetrik variantının (Cu,Sn,Pb)-Se(S) sistemlərində tətbiqi.” mövzusu üzrə;
  • Zeynalova Aygün Oruc qızı k.e.d., prof. Akif Əliyevin rəhbərliyi ilə “Fe-Se yarımkeçirici nazik təbəqələrinin sintezi və foto­elektro­kimyəvi xassələrinin tədqiqi” mövzusu üzrə;
  • Rəcəbli Aytac Rahib qızı k.ü.f.d.,Samirə Məmmədovanın rəhbərliyi ilə “Mis ionunun selektiv sorbsiyası üçün xitozan əsasında sorbentlərin alınması və tədqiqi” mövzusu üzrə müdafiə etdilər.                                                                                                    
JURNALLAR
Faydalı linklər