İyn 18, 2022 | 12:00 / Konfranslar, iclaslar
AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Xüsusi karantin rejimi dövründə dissertasiya işlərinin müzakirələrinin təşkili və keçirilməsi” nə dair tələblərə uyğun olaraq əyani formada iclas keçirilmişdir. İclasda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sabiq doktorantı Kərimli Vəfa İmran qızının 3303.01 – Kimya texnologiyası və mühəndisliyi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Asfalten və qətran birləşmələrlə çirkləndirilmiş neft lay sularının maye fazalı ekstraksiya üsulu ilə təmizlənməsi texnologiyasının işlənməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. İlk öncə dissertasiya haqqında iddiaçı geniş məlumat verdi. Sonra dissertasiya işi haqqında təyin olunmuş rəyçilər t.ü.e.d., dos. Aqil Səfərov və t.ü.f.d., a.e.i. İradə Məlikova öz fikirlərini bildirdilər. İddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırıldı və geniş müzakirədən sonra dissertasiya işinin AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.17 Dissertasiya Şurasının Elmi Seminara təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edildi.
17 iyun 2022
Elmi rəhbər: AMEA-nın müxbir üzvü, prof., t.e.d. Kəlbəliyev Q.İ.