Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ümumi elmi seminarı keçirilmişdir.
İyn 20, 2022 | 15:20 / Konfranslar, iclaslar
Oxunub 2166 dəfə

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Fiziki-kimyəvi analiz” şöbəsinin müdiri V.Qasımovun İnstitutun ümumi elmi seminarında “Qrafit, qrafen, mümkün modifikasiyalar və uyğun nanoborularmövzusundaməruzəsi dinlənilmişdir. Məruzəçi ilk öncə karbonun modifikasiyalarının quruluşları haqqında  əyani vəsaitlər və təsvirlərlə məlumat vermiş, qrafen, qrafenin yeni modifikasiyaları haqqında beynəlxalq miqyasda aparılan tədqiqatların təhlil xarakterli analizini vermişdir. Daha sonra məruzəçi həndəsi kristalloqrafiya baxımından qrafenin yeni, əsaslandırılmış mümkün modifikasiyaları və uyğun nanoboruların əyani və sxematik təsvirlərini nümayiş etdirmişdir. Məruzə ətrafında diskussiyalar aparılmış, AMEA-nın müxbir üzvü E.Zeynalov, laboratoriya rəhbəri-kimya üzrə elmlər doktoru E.Salahova və başqaları öz fikirlərini söyləmişlər.

JURNALLAR
Faydalı linklər