Xəbərlər
MEK-də “Vikipediya” təlimləri davam edir
İyn 20, 2022 | 12:24 /
Oxunub 1187 dəfə

Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın institutlarının əməkdaşları üçün “Vikipediya” təlimlərinə start verilib. 

Təlimin ilk günündə çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev bildirib ki, pandemiya bitdikdən sonra “Vikipediya” maarifləndirici təlimlərinə üç aydır ki, yenidən başlanılıb. Alim “Vikipediya”nın həm dövlət, həm də vətəndaşlar üçün maraq doğurduğunu vurğulayıb və bu sahənin inkişafında ziyalıların üzərinə düşən öhdəlikdən danışıb. Baş direktor onu da qeyd edib ki, qalib ölkə - Azərbaycan haqqında informasiyanı düzgün şəkildə dünyaya çatdırmaq vətəndaş olaraq bizim borcumuzdur.

Daha sonra baş direktor “Qorqud” Vikipediya Metodik Klubunun və şəxsən klubun sədri, millət vəkili Elnur Allahverdiyevin, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin, o cümlədən “Vikipediya” üzrə mütəxəssis, disapor üzrə araşdırmaçı-ekpert Elnur Eltürkün sözügedən təlimlərin keçirilməsində dəstəkçi olduqlarını vurğulayaraq onlara təşəkkürünü bildirib. M.Əliyev, həmçinin onu da qeyd edib ki, təlimdə iştirak edənlər sonda diplom və sertifikatla təltif olunacaqlar.

Tədbirdə çıxış edən “Vikipediya” üzrə mütəxəssis, disapor üzrə araşdırmaçı-ekpert Elnu Eltürk Azərbaycanda bu sahənin gücləndirilməsi və genişləndirilməsində MEK-in rolundan danışıb. O, həmçinin bildirib ki, AMEA-nın institutlarının əməkdaşları mütəmadi olaraq təlimlərə qatılaraq öz töhfələrini verirlər.

Daha sonra təlimçi Nuray Tanrıverdiyeva “Vikipediya”nın tarixinə nəzər salaraq iştirakçıları təlimlər haqqında məlumatlandırıb.

Qeyd edək ki, təlimlər AMEA-nın Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsi, AMEA-nın Şəki Regional Elmi Mərkəzi, eləcə də AMEA-nın Gəncə Bölməsinin əməkdaşları üçün onlayn formatda baş tutacaq.

JURNALLAR
Faydalı linklər