Xəbərlər
Foto
Ağdamlı bir qrup ziyalılar Milli Qurtuluş gününü Ağdamda qeyd ediblər.
İyn 17, 2022 | 11:33 / Konfranslar, iclaslar
Oxunub 2082 dəfə

Ağdamdan olan bir qrup ziyalı - AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, akademik Nərgiz Axundova, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov,  AMEA-nın müxbir üzvü Nazim Əliyev və başqaları Milli Qurtuluş  gününün 29-cu ildönümünü  Ağdamda qeyd ediblər. 

Qonaqları qarşılayan Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları işğaldan sonra rayon ərazisində aparılan irimiqyaslı abadlıq və yenidənqurma işləri ilə tanış etmişdir. Qeyd olunub ki, işğaldan azad edilən digər rayonlar kimi artıq Ağdamda da yenidənqurma işləri sürətlə davam etdirilir. Yaxın gələcəkdə bura gələnlər erməni vandalizminin dəhşətli mənzərəsi yerinə yeni çiçəklənən Ağdamı görə biləcəklər.

Səfər çərçivəsində qonaqlar rayonun bir sıra yerlərinə baş çəkmiş, erməni vandalizmi nəticəsində dağıdılmış qəbiristanlıqları, tarixi binaları, mədəniyyət abidələrini ziyarət etmişlər. Pənahəli xanın imarətgahına baş çəkən qonaqlar Ağdamda həyatın qayıdışına şahid olduqlarına görə sevinc hissi keçirdiklərini dilə gətirdilər. Daha sonra ziyalılar Ağdam cümə məscidini ziyarət edərək rayonda həyata keçirilən yeni tikinti layihələri ilə tanış olublar.
Eyni zamanda qonaqlar Ağdam şəhidlər xiyabanını ziyarət edib, Şəhidlərin xatirəsini ehtiramla anıblar.

Səfərin sonunda qonaqlar Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşmüş və ətraflı fikir mübadiləsi aparmışlar.

JURNALLAR
Faydalı linklər