Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı Gəncə Dövlət Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak etmişlər.
İyn 14, 2022 | 10:57 / Konfranslar, iclaslar
Oxunub 2107 dəfə

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı (AMEA-nın müxb.üzvü M.Babanlı, k.e.doktorları A.Əfəndi, İ.Bəxtiyarlı, İ.Əliyev, A.Əliyev, k.ü.f.d. S.İmaməliyeva, e.i. V.Məmmədov və başqaları Gəncə Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransda iştirak etmişlər. 

AMEA-nın müxb.üzvü M.Babanlı konfransın plenar iclasında “Maqnetik topoloji izolyator materialları sahəsində yeni tədqiqatlar” mövzusunda məruzə etmişdir.

İnstitutun əməkdaşları İ.Əliyev, V.Məcidzadə, E.Oruclu, S.Osmanova konfransın bölmə iclaslarında maraqlı məruzələrlə çıxış etmişlər.

 

JURNALLAR
Faydalı linklər