Xəbərlər
AMEA KQKİ-nin nəzdində fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilib.
İyn 10, 2022 | 09:25 / Konfranslar, iclaslar
Oxunub 1561 dəfə

09 iyun 2022-ci il tarixində AMEA KQKİ-nin nəzdində fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvündən 13-ü (distant və əyani formada) iştirak etmişdir. Şuranın iclasinda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı Məhərrəmova Lalə Gülbala qızının 2316.01 "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Metanolun dimetoksimetana çevrilməsi üçün V,Zr əsaslı katalizatorların işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etmişdir. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-nın akad. M.Nağıyev adına KQKİ laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, k.e.d., prof. Eldar Zeynalov; AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun  böyük  elmi işçisi k.e.d dosent Ağayeva Sürəyya Bəşir qızı, ADNSU-nun ”Kimya texnologiya” fakültəsinin dekanı, k.e.d,prof. Məmmədxanova Sevinc Əbdülhəmid qızı” iş haqqında geniş məlumat vermişdir. Dissertasiya işinin avtoreferatına verilən rəylər haqqında iclas iştirakçılarına məlumat verilmişdir. İddiaçı Lalə Məhərrəmovanın elmi rəhbəri k.e.d., prof. Əfəndi Arif iddiaçı haqqında çıxış etmişdir. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirilmiş, səsvermənin nəticələrinə əsasən, Lalə Məhərrəmovaya kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.

JURNALLAR
Faydalı linklər