Xəbərlər
Foto
AMEA KQKİ-nin nəzdində fəaliyyət göstərən ED 1.15 Dissertasiya Şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir.
İyn 02, 2022 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2075 dəfə

2 iyun 2022-ci il tarixində AMEA KQKİ-nin nəzdində fəaliyyət göstərən ED 1.15 Dissertasiya Şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvündən 14-ü (distant və əyani formada) iştirak etmişdir. İclasda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı İmaməliyeva Samirə Zakir qızının  2303.01 – qeyri-üzvi kimya ixtisası kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Talliumun nadir torpaq elementləri ilə telluridlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki-kimyəvi əsasları" mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professoru Özbək Əliyev, AMEA-nın Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev, Voronej Dövlət Universitetinin Qeyri-üzvi Kimya kafedrasının professoru Aleksandr Zavrajnov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri k.e.d. Hüseyn Qurbanov iş haqqında geniş məlumat verdi. Elmi katib dissertasiya işinin avtoreferatına verilən rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. İddiaçı Samirə İmaməliyevanın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə Şuranın sədri AMEA-nın akademiki Dilqəm Tağıyev tərəfindən elan edildi. Səsvermənin nəticələrinə əsasən, Samirə İmaməliyevaya kimya üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edildi.

JURNALLAR
Faydalı linklər