Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyevin və şöbə müdiri akademik Əjdər Məcidovun “Kimyada fiziki metodların tətbiqi” adlı kitabı işıq üzü görüb.
İyn 03, 2022 | 14:40 / Nəşrlər
Oxunub 1710 dəfə

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyevin və şöbə müdiri akademik Əjdər Məcidovun “Kimyada fiziki metodların tətbiqi” adlı kitabı işıq üzü görüb.

Kitabda elektromaqnit şkalasına uyğun olaraq elektromaqnit şüalanmasının dalğa uzunluğunun azalması istiqamətində kimyəvi birləşmələrin öyrənilməsi üçün müxtəlif fiziki üsullar təqdim olunur. Qısa formada verilən digər üsullarla yanaşı UB və İQ spektroskopiya üsulları, EPR və NMR radiospektrometriya üsulları daha ətraflı təsvir edilmişdir. Kitabdan yuxarı kurs tələbələri, bakalavrlar, aspirantlar və tədqiqatçılar istifadə edə bilərlər.

Ə.Ə.Məcidov, D.B.Tağıyev “Kimyada fiziki metodların tətbiqi” Bakı - Elm- 2022 , səh.189.

 

JURNALLAR
Faydalı linklər