Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Scopus bazasına daxil olan jurnalda dərc olunub.
İyn 02, 2022 | 11:03 / Nəşrlər
Oxunub 1806 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları - V.А. Мəcidzadə, Q.S. Əliyev, S.P. Cavadova, А.Ş. Əliyev, S.D. Dadaşova, D.B. Tağıyevin məqaləsi Scopus beynəlxalq bazasına daxil olan jurnalda dərc olunmuşdur.

Məqalədə elektrokimyəvi üsulla Mo-Se nümunəsindən istifadə edərək funksional nazik təbəqələrin alınması üçün texnoloji prosesin riyazi modelləşdirilməsi və optimallaşdırılması nəzərdən keçirilir. Tədqiqat müxtəlif şəraitdə Pt və Ni elektrodlarında potensiodinamik, potensiostatik və qalvanostatik üsullarla aparılmışdır. Riyazi hesablamalar bu proses üçün xüsusi olaraq hazırlanmış proqram paketində aparılmışdır. Müxtəlif amillərin (ilkin komponentlərin qatılığı, temperatur, cərəyan sıxlığı və s.) təsirlərini öyrənməklə, birgə çökmə prosesi üçün optimal elektroliz rejimi və elektrolit tərkibi seçilmişdir. Alınan reqressiya tənliyinin statistik təhlili aparılmış, orta yaxınlaşma xətası və standart kənarlaşma hesablanmışdır. Qurulmuş çoxsaylı reqressiya tənliyini qiymətləndirmək üçün Fisher meyarları hesablanmış və reqressiya əmsalları təyin edilmişdir. Alınan reqressiya tənliyi tərkibində lazımi miqdarda Mo olan Mo-Se xəlitəsinin çökməsinə imkan verən elektrolit tərkibini və elektroliz şərtlərini müəyyən edir.

В.А. Меджидзаде, Г.С. Алиев, С.П. Джавадова, А.Ш. Алиев, С.Д. Дадашова, Д.Б. Тагиев
«Математическое моделирование и оптимизация процесса формирования функциональных тонких пленок» Матемическое моделирование, 2022, том 34, номер 6, стр. 111–119

https://doi.org/10.20948/mm-2022-06-07
http://www.mathnet.ru/php/archive.phtml?wshow=paper&jrnid=mm&paperid=4386&option_lang=rus

JURNALLAR
Faydalı linklər