Xəbərlər
Foto
AMEA-NIN GƏNC ALİMLƏRİ KİMSƏSİZ UŞAQLARI ZİYARƏT EDİB
İyn 01, 2022 | 13:14 / Konfranslar, iclaslar
Oxunub 2331 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzindəki uşaqları “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edib. Gənc alimlər Mərkəzdə yerləşdirilmiş kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla görüşüb, özləri ilə apardıqları ərzaq məhsullarını, geyim və oyuncaqları Sığınacağa təqdim ediblər.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Reinteqrasiya Mərkəzində uşaqlar üçün yaradılmış şəraitlə tanış olub, kimsəsiz uşaqlarla xatirə şəkilləri çəkdiriblər. 

Bütün uşaqları təbrik edir və onlara daima sülh və əmin amanlıq içərisində yaşamağı arzu edirik.

JURNALLAR
Faydalı linklər