Xəbərlər
Stradivari skripkalarının səslənməsini onların kimyəvi tərkibi ilə izah olunur
Dek 23, 2016 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 4853 dəfə

Antonio Stradivarinin  skripkaları özündə aluminium, mis və sinkin müxtəlif birləşmələrini saxlayır. Yəqin ki, usta, musiqi alətinin əsrlərdən keçməsi üçün, onun taxta hissəsini müəyyən məhlula salırdı. Bunu Tayvan Universitetinin kimya üzrə professor Hvang Çing Taunin tədqiqatlarında kömək olar Alim təsdiq edir ki, belə kimyəvi ərintilərin istifadəsi qeyri-adi praktika idi, onlar gelecek nəsil skripka ustalarına məlum deyildi. Mütəxəssislər molekulyar səviyyədə skripkaları yoxladılar. Lakin, onlar xüsusi örtüyün skripkanın səs tembrinə və səslənmə keyfiyyətinə nə dərəcədə təsir etdiyini müəyyən edə bilmədilər. Bir şey aydın idi: XVII əsrdə yaşayan Stradivari o zaman üçün kimya elmi üzrə qeyri-adi biliklərə malik idi. Müəyyən edilmişdir ki, musiqi alətləri mürəkkəb mineral tərkibli maddə ilə işlənilmişdir. Belə ki, konservant ağacın uzun müddət isladılmasında istifadə olunurdu. Tayvan mütəxəssislərinin tadqiqatların nəticələrini Texas Universitetindən Cozef Naciyari təstiq edir. O hesab edir ki, Stradivari skripkalarının taxta hissəsi müxtəlif kimyəvi elementlərdən ibarət və ağac zərərvericilərinə qarşı işlədilən qoruyucu tərkibə malik maddə ilə, həmçinin misirlilərin mumyaların balzamlanması üçün isilədilən boraks ilə örtülürdü.

JURNALLAR
Faydalı linklər