Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının kitabı işıq üzü görüb.
May 26, 2022 | 12:43 / Konfranslar, iclaslar
Oxunub 1322 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Təhsil" şöbəsinin müdiri, k.ü.f.d, b.e.i. Məmmədova Sevinc Rəhim qızının Nüvə yanacağı materıalları olan aktinoidlər sırasından bəzi d-elementlərın naften turşuları ilə mayefazalı ekstraksıyası adlı kitabı işiq üzü görüb.

Kitabda uran və toriumun sulu məhlullardan çıxarılması üçün yeni sinif birləşmələr kimi sənaye bazası olan xlornaften (XNT) və bis-(2-hidroksi-5-alkilbenzil) amin birləşmələrindən istifadəsi tövsiyə olunur. Bu məqsədlə təklif olunan ekstragentlərlə uran və toriumun miqdarca qatılaşdırılmasına təsir edən bütün fiziki-kimyəvi parametrlər (ekstragentlərin və onların komplekslərinin uran və toriumun müxtəlif sinif durulaşdırıcılarla - alifatik, aromatik, həmçinin onların xlorlu törəmələri ilə) tədqiq olunmuş, prosesin kimyası və kinetikası öyrənilmişdir. Müəyyən edilmişdir ki, sintez olunmuş XNT və bis-(2-hidroksi-5-alkilbenzil)amin ekstragentlərinin tətbiqi ilə uran və toriumu onların duz tərkibindən asılı olmadan neytral tullantı sularından tam çıxarılmasını təmin edir. Ucuz və sənaye bazasına malik olan XNT-nın kommersiya mümkünlüyü ekstraksiya reagentləri qismində real məhlullar üzərində texnoloji sxemlərlə tətbiq üçün təklif oluna bilər. Monoqrafiya mineral xammal mənbələrinin, uran və toriumun texnologiyası ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Ondan həmçinin qeyri-üzvi materialların öyrənilməsi ilə məşğul olan fizik və kimyaçılar, müəllimlər, tələbələr də istifadə edə bilər.

S.R.Məmmədova.

"Nüvə yanacağı materıalları olan aktinoidlər sırasından bəzi d-elementlərın naften turşuları ilə mayefazalı ekstraksıyası".

Bakı: "Elm", 2022, -204 səh.

 

 

JURNALLAR
Faydalı linklər