Xəbərlər
Akademik Dilqəm Tağıyev AMEA və Təhsil Nazirliyinin birgə elmi sessiyasında çıxış edib
Dek 22, 2016 | 12:50 / Konfranslar, iclaslar
Oxunub 5111 dəfə

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm Tağıyev elm və təhsilin inteqrasiyasının innovativ aspektləri mövzusunda çıxış edib. Natiq müasir dövrün xüsusiyyətləri baxımından elm və təhsilin inteqrasiyasının məqsədi, kadr hazırlığında müəllimlərin əsas vəzifələri, bu günün tələbəsi və sabahın mütəxəssisi olacaq gənclərin həyatda hansı tələblərə cavab verməsi, həmçinin elmin insan fəaliyyətinin xüsusi forması kimi innovativ inkişaf prosesində rolu, innovasiya nəzəriyyəsinin yeni konsepsiyaları, innovasiya proseslərinin investisiya problemi haqqında danışıb. Elm-təhsil-innovasiya sisteminin səmərəliliyi üçün biznesin rolunu xüsusi qeyd edən akademik bu sahədə müəyyən problemlərin mövcud olduğunu vurğulayıb. Akademik Dilqəm Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə AMEA-da yaradılan Yüksək Texnologiyalar Parkının kiçik və orta sahibkarlığın inkişafı üçün potensial imkanlara malik olduğunu diqqətə çatdırıb. Dünya təcrübəsindən misallar gətirən natiq ümümiqtisadi inkişafda kimya sahəsinin gəlirli sahələrdən biri olduğunu, akademik kimya elminin gələcək simasını müəyyən etməli olan perpektiv istiqamətlər və hədəflər haqqında məlumat verib. 

AMEA   İctimaiyyətlə  Əlaqələr  Şöbəsi

JURNALLAR
Faydalı linklər