Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dəstəyi ilə vebinar keçirilmişdir.
May 16, 2022 | 14:49 / Konfranslar, iclaslar
Oxunub 2167 dəfə

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi kimya İnstitutunun dəstəyi, Gənc Alim və Mütəxəssislər Şürasının və Azərbaycan Kimya Cəmiyyətinin təşkilatçılığı ilə vebinar baş tutmuşdur. İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin moderatorluğu ilə baş tutan vebinarın qonağı ABŞ-ın “SUEZ – Water Technologies & Solutions” şirkətinin baş tədqiqatçısı Dr. Ruslan Quliyev olmuşdur. Spiker R.Quliyev sənayedə tullantı sularının müasir kimya texnologiyaları ilə təmizlənməsinə həsr olunan “Sənayedə İnnovativ Kimya Texnologiyaları” təqdimatla çıxış etmişdir. Məruzəçi təqdimatında dünya elmində mühüm elmi kəşflər, onların ixtiralara çevrilməsi ilə yaranan yeniliklər barədə məlumatları diqqətə çatdırmışdır. Sonra R.Quliyev akademik fəaliyyətindən bəhs edərək Akkaya Qrupda çalışdığı dövrü əhatə edən, fülloresent xüsussiyətli molekullar əsasında əldə olunan innovativ materialların alınmasına həsr olunan tədqiqatları barəsində məlumatları dinləyicilərlə bölüşmüşdür. Daha sonra “SUEZ – Water Technologies & Solutions” şirkətinin yağlı suların və ağır metallarla çirklənmiş suların innovativ təmizlənmə texnologiyası barədə təqdimat nümayiş etdirilmişdir. R.Quliyevin təqdimatından sonra vebinar iştirakçıları ilə maraqlı, interaktiv müzakirə baş tutmuşdur. Qeyd edək ki, vebinarda  AMEA-nın müxtəlif kimya institutularının elmi işçiləri, doktorantları ilə yanaşı, respublikanın müxtəlif təhsil və elmi müəssisələrinin tələbə, magistrant və doktorantları da iştirak etmişlər.

JURNALLAR
Faydalı linklər