Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin məqaləsi "Web of Science" da çap olunmuşdur.
May 12, 2022 | 13:00 / Nəşrlər
Oxunub 1597 dəfə

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun akademiki Dilqəm Tağıyevin və əməkdaşlarının xarici həmkarlar ilə birgə apardıqları müştərək tədqiqatların nəticələri “Web of Science” bazasına daxil olan Glass Physics and Chemistry adlı nüfuzlu xarici jurnalda dərc edilib.

İş, REA İ.V.Grebenşikov adına Silikatların Kimyası İnstitutu ilə AMEA M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutu arasındakı Beynalxalq Elmi-əməkdaşlığa dair saziş çərçivəsi əsasında yerinə yetirilmişdir.

Məqalə - Azərbaycan Respublikası Daş – Salahlı yatağının betonit gili ilə hidrotermal şəraitdə alınmış sintetik montmorillonitin

(Na1.0 Al1.0 Mq1.0 (SiO4)10 (OH)2.H2O) -kimyəvi tərkibi, faza quruluşu və fiziki-kimyəvi xassələrinin müqayisəli şəkildə öyrənilməsinə həsr olunmuşdur.

Nümunələrin bir sıra fiziki-kimyəvi xassələrinin təhlili zamanı-hissəciklərin laylı morfologiyasını göstərən mezo- və mikro- məsamələr, turşu və qələvi mərkəzlərinin eyni paylanması, hər iki nümunənin yüksək sorbsiya qabiliyyətli olması onların oxşar xüsusiyyətlərə malik olduğu qənaətinə gəlinir. Tədqiqatların nəticələri təbii bentonitin ucuz başa gəlməsi və yüksək sorbsiya qabiliyyəti ilə seçildiyi halda, sintetik montmorillinitin isə sabit kimyəvi tərkibə və faza quruluşuna, sabit fiziki-kimyəvi xassələrə malik olduğunu göstərir.  

Tədqiqatlar əsasında təbii və sintetik montmorillonitin sorbent və katalizator kimi istifadəsi üçün perspektiv sahələr haqqında nəticələr cıxarılmışdır.

 

D.B.TagievO.Yu.GolubevaS.A.Mame­do­va,   U.A.MamedovaN.A.ZeynalovYu.A.Aliki­na & E. Yu. Brazovskaya. Comparative Study of the Physical and Chemical Properties of Natural Bentonite Clay of the Dash-Salakhli Deposit and Synthetic Montmorillonite. Glass Physics and Chemistry. 2022,  V. 48, pp.140–150

JURNALLAR
Faydalı linklər