Xəbərlər
Kimyaçılar ferrosenin qeyri-üzvi analoqunu alıblar.
May 11, 2022 | 11:01 / Maraqlı məlumatlar
Oxunub 1130 dəfə

Almaniya və Çin kimyaçıları dəmirin fosfor atomlarının iki dördüzvlü halqası arasında yerləşdiyi sendviç birləşməsini alıblar. Ferrosenin tamamilə qeyri-üzvi analoqunu  qırmızı fosfor və dəmir duzundan iki mərhələdə sintez etmək mümkün oldu. Alınan bu analoq  davamlı  kristal maddədir.

Ferrosen [Fe(C5H5)2] formuluna malik dəmir sendviç birləşməsidir, burada metal atomu iki beş üzvlü karbon atomları tsikli arasında yerləşir. İlk dəfə o 1951-ci ildə əldə edilmiş və  metalosenlərin kimyasının əsası  qoyulmuşdur. Daha sonra alimlər metalosenlərin karbon halqalarını qeyri-üzvi - fosfor və arsen atomları ilə  əvəz etməyi öyrəndilər.

Məsələn, NaP5 duzunun  natrium  tsiklopentadienid iştirakı ilə dəmir dixloridlə reaksiyası  zamanı beş üzvlü halqalardan birinin karbon, digərinin isə fosfor olacağı ferrosen [Fe(C5H5)(P5)] analoqunu əldə etmək olar.Ancaq hər iki beş üzvlü halqanın yalnız fosfor atomlarından ibarət olacağı bir birləşməni  əldə etmək hələ mümkün olmamışdır. Lakin kompüter hesablamalarına görə [Fe(P5)2] molekulu stabilliyə  görə ferrosendən geri qalmır.

Məqalə Yournal of the Amerikan Chemical Societu-də dərc edilib.

https://www.nanonewsnet.ru/news/2022/khimiki-poluchili-neorganicheskii-analog-ferrotsena

JURNALLAR
Faydalı linklər