Xəbərlər
Foto
Yasamal rayonunda Ümummilli liderin xatirəsi böyük ehtiramla yad edilir.
May 06, 2022 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 2805 dəfə
Yasamal rayonunda Ümummilli liderin xatirəsi böyük ehtiramla yad edilib.
Yasamal Rayon İH-nın və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan təntənəli tədbirdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Yeni Azərbaycan Partiyasının üzvləri də iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə YAP rayon təşkilatının qərargahındakı Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xalqımızın Ümummilli liderinin əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalıq qarşısında böyük və əvəzsiz xidmətlərinə nəzər saldılar. Qeyd olundu ki, Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi, suveren bir ölkə kimi qarşılaşaca biləcəyi problemlərin həllinə nail olması üçün real əsaslar hələ Ulu öndərin sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırılıb.
Tədbirdə nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycanın ən mürəkkəb dövründə dövlətə rəhbərlik məsuliyyətini üzərinə götürərək xilaskarlıq missiyasını böyük şərəflə yerinə yetirdiyini bildirdi. Ulu Öndərin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir” kəlamı xatırladıldı. 20-ci əsrin sonununda Azərbaycan müstəqilliyini ikinci dəfə qazandı, lakin onun qorunması üçün ölkə böyük sınaqlardan keçdi: 90-cı illərin erməni təcavüzü, bəzi böyük dövlətlərin bizə qarşı oyunları, iqtisadi böhran və s. Müstəqilliyi qorumaq çox çətin oldu, amma Heydər Əliyevin rəhbərliyi ilə biz bunun öhdəsindən gəldik.
Elşad Həsənov Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir” kəlamını da xatırlatdı. 90-cı illərdə məhz Heydər Əliyevin hakimiyyəti dövründə müasir Azərbaycan iqtisadiyyatının əsasları qoyulmuşdur : azad bazar iqtisadiyyatı, xarici sərmayələrin ölkəyə cəlb edilməsi, sahibkarlığın dəstəklənməsi, neft sazişinin imzalanması.Məhz iqtisadi güc bizə qüdrətli ordu yaratmağa imkan verdi. İqtisadi gücümüz bizim Vətən müharibəsindən qalib çıxmağımızı təmin edən səbəblərdən bir oldu.
Tədbirdə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.
JURNALLAR
Faydalı linklər