Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada olublar.
Apr 29, 2022 | 10:43 / Görüşlər
Oxunub 3081 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri AMEA-nın bir qrup gənc alimi və mütəxxəsisləri ilə birgə Milli Azərbaycan Tarixi Muzeyinin və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə təşkil olunmuş Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada olublar.

Şura üzvləri Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı və muzeyin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarovla görüşüb. Görüşdə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb. Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən akademik N.Vəlixanlı AMEA-da gənclərin elmi fəaliyyəti üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıb.

Sonra H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub.

JURNALLAR
Faydalı linklər