Xəbərlər
Karbon azot örtüyü nikelli anodun işini yaxşılaşdırır.
Apr 27, 2022 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1187 dəfə

Qələvi hidrogen yanacaq elementində anodda hidrogen H2O-ya oksidləşir, katodda isə oksigen hidroksil ionlarına OH - qədər  reduksiya olunur. Reaksiyaları sürətləndirmək üçün hər iki elektroda katalizator təbəqəsi çəkilir- əksər hallarda bu platin, iridium və onların birləşmələridir. Alimlər bahalı platin metallarını daha münasib materiallarla əvəz etməyin yollarını axtarırlar (yaxşı olar ki, hər iki elektrodda ),lakin bunu etmək o qədər də asan deyil.

Polimer elektrolitli qələvi yanacaq elementləri üçün manqan, kobalt və dəmir əsasında səmərəli katod katalizatorları artıq işlənib hazırlanmışdır. Nikel anodları platin anodlardan təxminən 2 tərtib   az səmərəli olsa da ən yaxşı nəticələr göstərirlər.

Cornell Universitetindən Hector D. Abrunanın rəhbərlik etdiyi Amerika və Çin materialşünas alimləri  anodunu azot əlavələri ilə nazik qrafen təbəqəsi ilə örtərək ,nikel anodunun işini yaxşılaşdırmağa nail oldular. Belə örtük nikelin oksidləşməsini yavaşıdır, eyni zamanda kiçik hidrogen molekulları ondan sərbəst keçə bilir, buna görə də o elektrodun işinə mane olmur.

Örtüklü anodlar nikel asetat və karbamidin termal parçalanmasındann alınır. Tədqiqatın nəticəsi nikel səthində hemogen qatlı daha yüngül elementlərin, karbon və azotun əmələ gəldiyini təsdiqlədi. Karbamid və nikel asetatın nisbətindən asılı olaraq, örtük qalınlığı birdən beş nanometrə qədər dəyişirdi;müəlliflər iki nanometri optimal qalınlıq hesab etdilər.

Tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2022/uglerodno-azotnoe-pokrytie-uluchshilo-rabotu-nikelevogo-anoda

JURNALLAR
Faydalı linklər