Xəbərlər
Foto
AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya Şurasının Zoom Meetings platformasında iclası keçirilib.
Apr 21, 2022 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 1596 dəfə

21.04.2022-ci il tarixində AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvündən 14-ü (distant və əyani formada) iştirak etmişdir. İclasda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı Əhmədov Elvin Cavanşir oğlunun 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Sb2Te3+2BiI3↔Bi2Te3+2SbI3 və Bi2S3−BiI3−Bi2Te3 sistemlərində faza tarazlıqları, aralıq fazaların fiziki-kimyəvi xassələri” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etmiş, sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-nın akad. M.Nağıyev adına KQKİ-nin prof., k.e.d. Özbək Əliyev; Gəncə Dövlət Universitetinin rektoru prof., k.e.d. Yusif Yusibov; Bakı Dövlət Universitetinin böyük elmi işçisi, k.ü.f.d. Qənirə Balakişiyeva iş haqqında geniş məlumat vermişdir. Dissertasiya işinin avtoreferatına verilən rəylər haqqında iclas iştirakçılarına məlumat vermilmiş, iddiaçı Elvin Əhmədovun elmi rəhbəri AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı iddiaçı haqqında çıxış etmişdir. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirilmiş və nəticə Şuranın sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edilmişdir.

Səsvermənin nəticələrinə əsasən, Elvin Əhmədova kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir.

JURNALLAR
Faydalı linklər