Xəbərlər
Danimarka günəş və külək enerjisi istehsalını dörd dəfə artırmağı planlaşdırır.
Apr 20, 2022 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1191 dəfə

Danimarka günəş və külək enerjisi istehsalını dörd dəfə artırmağı planlaşdırır.

Skandinaviya krallığı hökumətinin yeni layihəsi 2050-ci ilə qədər qalıq yanacaqların istifadəsini mərhələli şəkildə dayandırmaq planlarının bir hissəsidir.

Layihəni təqdim edən Danimarkanın Baş naziri Mette Frederiksenin sözlərinə görə, hökumətin planları bərpa olunan enerji mənbələrindən maksimum istifadə etməkdir. O, hökumətin daha çox günəş stansiyaları, elektrik enerjisi yaradan adalar və dəniz külək turbinləri tikmək olduğunu, bu sahədə ölkənin potensial və səriştəsini artırmaq istəyini qeyd edərək, vurğulanan növ alternativ enerji stansiya sayının 2030-cu ilə qədər dörd dəfə artırılacağını bildirib.

Digər məsələlərlə yanaşı, layihədə bütün Danimarka ev təsərrüfatlarının tədricən mərkəzi istiliklə təmin edilməsi də daxildir. Belə ki, cari onilliyin sonuna qədər isitmə üçün qazdan istifadə edən evlərin 50 faizə qədərinin mərkəzi istilik sisteminə keçidi təmin olunmalıdır.

Həmçinin Danimarkada yaxın gələcəkdə Rusiyanın enerji təchizatından imtina etmək planları da açıqlanıb.

 

JURNALLAR
Faydalı linklər