Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir.
Apr 19, 2022 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 2150 dəfə

19 aprel  2022-ci il tarixində Kataliz və Qeyri – üzvi Kimya Institutunda Elmi Şuranın növbəti iclası  keçirilmişdir. İclasın gündəliyinə AMEA Rəyasət Heyətinin 01.04.2022 il tarixli AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi qərarı  haqqında,  İnstitutun 2023-2025- ci illər üçün elmi proqramlar barəsində, B.İsmayılova, A.Əfəndi və D. Tağıyevin “Alifatik dikarbon turşuları və mürəkkəb ebirləri adlı kitabın və S.Məmmədovanın “ Nüvə yanacağı materialları olan aktinoidlər sırasından bəzi d-elementlərin naften turşuları ilə maye fazalı ekstraksiyası” monoqrafiyalarının çapa təqdimatı, institut strukturunda qismən dəyişiklik, müsabiqə məsələləri və s.  məsələlər daxil edilmişdir.

İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev  AMEA Rəyasət Heyətinin 01.04.2022 il tarixli AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi qərarı  haqqında danışaraq bildirdi ki, AMEA-da köklü islahatların həyata keçirilməsi, elmi istiqamətlərin müasir dövrün tələblərinə, milli və dövlətçilik mənafelərinə  uyğunluğu təmin olunmalıdır. Həmçinin, kadr təminatı və idarəetmə sistemində islahatların aparılması vacibdir. Bunları nəzərə alaraq laboratoriya və şöbələrin iş planlarına yenidən baxılmalı və İnstitutun 2023-2025- ci illər üçün elmi proqramları müasir dövrün tələblərinə uyğun hazırlanmalıdır. Akademik, laboratoriya və şöbələrin elmi istiqamətlərinə yenidən baxılması və yeni istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə komissiya yaradılmasını təklif etdi. Elmi Şuranın qərarı ilə qeyd olunan məsələ ilə bağlı AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının sədrliyi ilə komisiya yaradıldı.

İclasda həmçinin “Təhsil” şöbəsinin müdiri Sevinc Məmmədova İnstitututda təhsil alan magistrantlar haqqında məlumat verdi. O bildirdi ki, İnstitutun II kurs  magistraturasında dörd ixtisaslaşma üzrə 7 tələbə təhsil alır.

Magistrantlar IV semestrdə 16.02.2022-ci il tarixdən 18.04.2022-ci il tarixədək ixtisaslar üzrə hərəsi 4 həftə olmaqla elmi-tədqiqat və elmi-pedaqoji təcrübə  keçərək yüksək balla qiymətləndirilmişlər.

Elmi- tədqiqat təcrübə “Qeyri-üzvi kimya” ixtisası üzrə k.ü.f.d.,dos.Samirə İmaməliyeva, “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə k.ü.f.d.,dos.Lətifə Həsənova, “Fiziki-kimya” ixtisası üzrə  k.ü.f.d.,dos. Rühəngiz Hüseynova, “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisası  üzrə k.ü.f.d.,dos. Sevda Fətullayeva və  elmi-pedaqoji  təcrübə  k.e.d.,prof. Asif  Məmmədovun  rəhbərliyi  ilə aparılmışdır.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi.

JURNALLAR
Faydalı linklər