Xəbərlər
Müştərək fəaliyyət müzakirə olunub
Dek 13, 2016 | 12:05 / Görüşlər
Oxunub 5417 dəfə

13 dekabr 2016-cı il tarixində AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev, laboratoriya müdiri, professor Arif Heydərov, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, professor Çingiz Qaşqay və digər əməkdaşlar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşəbbüsü ilə “İnter Glass” ASC şüşə zavodunda olmuş, zavodun rəhmərliyi və aparıcı mütəxəssisləri ilə Azərbaycanda şüşə istehsalının perspektivləri, idxal əvəz etmə imkanları, yerli xammal əsasında keyfiyyətli komponentlərlə təmin edilməsi haqqında müzakirələr aparılmış və müştərək fəaliyyət üçün razılaşma əldə edilmişdir.  

http://keb.science.gov.az/az/news/1169/

JURNALLAR
Faydalı linklər