Xəbərlər
Kataliz və Qeyri -üzvi Kimya İnstitutunda Kimya Elmləri üzrə Problem şurasının növbəti iclası keçirilmişdir.
Apr 13, 2022 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 1419 dəfə

Aprelin 13-də akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verdi. O cümlədən, təklif etdi ki, yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların addlarını yazarkən azərbaycan dilinin qrammatikasına riayət etməyi məsləhət gördü.
İclasda 2314.01- Neft kimyası, 2318.01- Kompozit materialların kimyası və texnologiyası, 3303.01 – Kimya texnologiyası və mühəndisliyi və 2306.01 – Üzvi kimya ixtisasları üzrə 5 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda baxılan bütün dissertasiya mövzuları redaktə olunaraq Kimya elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi.

JURNALLAR
Faydalı linklər