Xəbərlər
“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı keçiriləcək
Apr 14, 2022 | 10:18 / Konfranslar, iclaslar
Oxunub 1394 dəfə

Aprelin 16-da “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı keçiriləcək.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, sınaq imtahanında hər birində 25 sual olmaqla 4 blok təqdim olunacaq:

-Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı;

-Dünya tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı;

-Hüquq və iqtisadiyyat;

-Müasir trendlər.

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı 16 aprel 2022-ci il tarixində yukselish.az saytında aşağıda qeyd olunan vaxtlarda keçiriləcək:

-Birinci sessiya 11:00 – 13:00

-İkinci sessiya 15:00 – 17:00

İştirakçıların şəxsi kabinetlərinə imtahan sessiyası ilə bağlı bildiriş göndərilib.

İnternet bağlantısı olan kompüterlə (və ya notbukla) istənilən məkandan imtahana qatılmaq mümkündür. İmtahana smartfon və planşetlər vasitəsilə daxil olmaq mümkün deyil.

Qeyd edək ki, imtahanda istifadə olunan qiymətləndirmə materialları Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən hazırlanıb.

İştirakçıların imtahanla bağlı hər hansı sualı yaranarsa, 1820 qısa nömrəsinə zəng edə bilərlər.

JURNALLAR
Faydalı linklər