Xəbərlər
Nəcib metallar təhlükəli aldehidləri yerlərdə təyin etməyə imkan verəcək.
Apr 12, 2022 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 1155 dəfə

Hər yerdə rastlaşa biləcəyimiz təhlükəli maddələrin siniflərindən biri aldehidlər, COH qruplu üzvi birləşmələrdir.

Aldehidlər (ilk növbədə, formaldehid və asetaldehid), hətta az miqdarda olsa da, (kimya, ağac emalı,əczaçılıq,qida sənayesi tullantıların və çirkab suların bir hissəsi kimi daxil olduqda) havada və suda insan sağlamlığı və digər canlı orqanizmlər üçün təhlükəli olan maddələrdir.Onlar həmçinin qida məhsullarında, əczaçılıq preparatlarında, o cümlədən sulu-spirtli məhlullar (tinctura, sürtmə və dərmanı s.) əsasında olan dərman preparatlarında rast gəlinə bilir.Ona görə də suda və sulu-spirtli məhlulların tərkibində  aldehidlərə nəzarət mütləqdir. Amma bu prosesdə bir sıra problemlər var.

Belə ki,bu proses üçün həm təyinatda, həm də nümunə hazırlamaqda çox vaxt tələb olunur və aldehidlərin dərhal yerində təyin olunması mümkün olmur. Buna görə də, alimlər uzun müddətdir əsasən suda və havada aldehid çirklərini təyin etmək üçün elektrokimyəvi sensorların yaradılması üzərində işləyirlər.

Rusiya Elmlər Akademiyasının tədqiqatçıları Electrochimica Acta jurnalında üç məqalə  dərc etdilər. İlk dəfə onlar tərəfindən nəcib metallar (palladium, rodium, gümüş) və onların kompozitləri əsasında olan sensorlardan istifadə etməklə su-spirt məhlullarında aldehidlərin tərkibinə yüksək həssas olan amperometrik nəzarət üsulu təklif olundu.

Belə sensorların yaradılmasında iki əsas istiqamət var: biosensorlar (aldehidlərə təsir edən fermentlər) və nəcib metalların nanohissəcikləri və onların hibridləri əsasında olan sensorlar. Sonuncular qiymət, istifadə rahatlığı və s. baxımından xüsusilə cəlbedicidir. Bununla belə, burada problem, eyni texnikadan istifadə etməklə, eyni xassələrə malik metal nanohissəciklərin təkrar istehsalının çətinliyidir. İkinci problem, spirtlərin (metanol, etanol) iştirakı olan halda  aldehidlərin təyin edilməsinin çətinliyidir, çünki spirtlər də elektroaktiv hesab olunurlar, yəni elektrodda oksidləşməyə qadirdirlər.

https://www.nanonewsnet.ru/news/2022/blagorodnye-metally-pozvolyat-opredelyat-opasnye-aldegidy-na-mestakh

JURNALLAR
Faydalı linklər