Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının məqaləsi “Web of Science” bazasında indeksləşən, CA impakt faktorlu jurnalda dərc olunub.
Apr 11, 2022 | 11:51 / Nəşrlər
Oxunub 1562 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Q.Kəlbəliyevin Fizika İnstitutunun əməkdaşı ilə birgə "Effect of Ionizing Radiation Parameters on the Properties of AgGaS2 Single Crystals" adlı məqaləsi  “Web of Science” bazasında indeksləşən, CA impakt faktorlu "Inorganic Materials" jurnalında dərc olunub.

Məqalədə Bricman-Stockbarger üsulu ilə yetişdirilmiş AgGaS2 monokristallarının rentgen-dozimetrik xassələri tədqiq olunmuşdur. Göstərilmişdir ki, alınmış AgGaS2 nümunələrinin 298 K-də doza gücü E = 0,75-78,05 R/dəq, effektiv şüalanma sərtliyi Va=25-50 keV olduqda rentgen keçiricilik əmsalı 0,97-10,63 dəq/R arasında dəyişir.

Müəyyən edilmişdir ki, AgGaS2 nümunələrinin rentgen şüalarına həssaslıq əmsalı 1,3 × 10–11–1,4 × 10–10 A dəq/(VR) daxilində dəyişir, effektiv şüalanma sərtliyi Va=25–0keV, doza dərəcəsi isə E=298 K-də 0,75–78,05 R/ dəq. AgGaS2-nin rentgen cərəyanı xarakteristikaları Va artdıqca xəttiliyə meyllidir (üst göstərici α → 1).

AgGaS2 nümunələrində rentgen cərəyanının kinetikası da öyrənilmişdir. Məlum olmuşdur ki, rentgen şüaları söndürüldükdə AgGaS2 nümunələrində qaranlıq cərəyanın səviyyəsi demək olar ki, dərhal müəyyən edilir. Bu, AgGaS2 monokristallarından yüksək rentgen həssaslıq əmsalına malik, soyutma tələb etməyən inersiasız rentgen detektorlarının aktiv elementləri kimi istifadə etməyə imkan verir.

"Effect of Ionizing Radiation Parameters on the Properties of AgGaS2 Single Crystals"

S.M.Asadov, S.N.Mustafaeva, and K.I.Kelbaliev

ISSN 0020-1685, Inorganic Materials, 2022, Vol. 58, No. 2, pp. 111–116. © Pleiades Publishing, Ltd., 2022. Russian Text © The Author(s), 2022, published in Neorganicheskie Materialy, 2022, Vol. 58, No. 2, pp. 119–124

 

JURNALLAR
Faydalı linklər