Xəbərlər
Amerikalılar "yumşaq" robotlaşmış qolu işləyib hazırladıblar
Dek 14, 2016 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 4925 dəfə

Cornell universitetinin bir qrup alimləri həssas əli olan robot nümayiş etdiriblər. Universitetinin saytındaki məlumata görə, Gentle Bot adı verilən robotlaşmış əl əşyaların sıxlığını maksimum dəqiq hiss etməyə qadirdir. Məsələn, robot əl yoxlamaqla üç pomidordan hansısı daha dəyimiş olduğunu təyin edir.  O, əşyaların forma və teksturalarını təyin etmək, həmçinin səliqə ilə əşyaları ğötürmək və sıxmaq qabiliyyətinə malikdir. Tədqiqatçıların sözlərinə görə, Gentle Botun başqa mexaniki əllərdən fərqi ondan ibarətdir ki, işıq keçirən, yumşaq materiallardan düzəlmişdir. O, barmaqlarda yerləşmiş optiki sensorlar ilə təçhiz olunubdur. İxtisasçıların fikrincə, bu cür texnologiya yalnız qabaqcıl robotlar yaratmaq deyil, həmçinin daha yaxşı protezlər işləyib hazırlamağa imkan verir. 

JURNALLAR
Faydalı linklər